“Qalatasaray”ın əfsanəsi karyerasını bitirdi
Bizi izləyin

İdman

“Qalatasaray”ın əfsanəsi karyerasını bitirdi

“Qalatasaray”ın əfsanəsi karyerasını bitirdi

“Qalatasaray” tarixində klubun ən yaxşı qapıçılarından olan Fərid Mondraqon futbola vidalaşıb.

Publika.az xəbər verir ki, “Deportivo Kali” klubundan oynayan ulduz futbolçu dünən “La Equidad” klubu ilə görüşdən sonra “klubda son rəsmi oyunuma çıxdım” deyə açıqlama verib.

42 yaşlı Mondraqonu “Qalatasaray” tərəfdarları “Mondi” deyə çağırırlar. Ölkəsində isə Türkiyədə oynaması səbəbindən ona “El Turko” (türk) ləqəbi verilib. Mondraqon “Qalatasaray”la 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə Türkiyə kubokunu qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm