Tabloid.az
Aparıcı Mətanət kələm dolmasına görə boşandı - FOTO
Aparıcının həyat yoldaşından ayrılmasına səbəb olan bu inanılmaz fakt hər kəsi şoka saldı.
Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Öz aramızda” verlişinin bu günki qonağı hər zaman çılğın çıxışları ilə diqqət mərkəzində olan Mətanət Əliverdiyeva olub. Teleaparıcı verlişdə şəxsi həyatı ilə bağlı inanılmaz faktların üstünü açıb. Mətanət Əliverdiyeva ilk evliliyinin uğursuz olmasının əsl səbəbini açıqlayıb:
"Zaur, gördüyün kimi mən sakit insan deyiləm, çılğın insanam, burdan vurub ordan çıxıram. Məs ilk ailə həyatımın dağılmasının səbəbi bu olub. “Qırmızılığım”, çılğınlığım mənim ilk evliliyimə son qoydu. Mən çox erkən ailə həyatı qurdum. Təsəvvür et ki, 18 yaşımda artıq oğlum Oqtay dünyaya gəlmişdi. Ayrılmağımıza səbəb yaradn bəzi nünsları deyim. Məsələn, mən öz evimizdə vərdiş etmişdim ki, kələm dolması bizdə yekə bükülürdü və yeyən qız olduğum üçün, azı 6 dolma yeyirdim. Amma, ər evində bir gün gəldim ki, mənə qabda 3 ədəd xırda bükülmüş dolma qoyulub. Mən də dilə gəlib dedim ki, “Bu məni doydurmayacaq, bunu üzərinə bir az da çəkin”. Qaynanam qayıtdı ki, “Gedib evində yiyərsən”. Belə-belə mübahisələrin əsası qpyuldu. Heç evliliyimizin 2 ili tamam mən həyat yoldaşımdan ayrıldım. O zaman atam mənə demədi ki, ərə getmisən ööl qal ər evində. Atam mənə qayıdıb dedi ki, “Sənə necə xoşdursa elə də et”. Mən amma indinin özündə hərdən birinci həyat yoldaşımla görüşəndə də öpüşüb-görüüşürəm. Oğlum Oqtay da atasıgilə gedir, nənəsigili gedib görür. Mənim üçün kənardan nə düşündülər maraqsızdır. Bu mənim həyatımdır və o həyatı mən istədiyim kimi yaşayıram". /Gecce.az/
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi