Qırmızı.az
MTRŞ sədrindən Qarabağda çəkilmiş Hollivud filminə etiraz
“Azərbaycanda yayımlanan xarici telekanallarda dəfələrlə ölkəmizin əleyhinə filmlər nümayiş olunub. Adətən bizim kabel televiziyaları özləri bu cür filmlərin yayımını dayandırırlar. Milli Televiziya və Radio Şurasının mövqeyinə gəldikdə isə, hər hansı xarici ölkəninn telekanalları Azərbaycan əleyhinə birmənalı şəkildə təbliğat apararsa, biz həmin televiziyanın kabel vasitəsilə yayımını dayandıra bilərik”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ölkəmizdə kabel vasitəsilə yayımlanan Rusiyanın “Premyera” və “NTV” telekanallarında Hollivud istehsalı olan Azərbvaycan əleyhinə çəkilmiş "Here" filminin nümayişinə münasibət bildirərkən deyib.
MTRŞ sədri bildirib ki, bu məsələ hər zaman gündəmdədir:
“Milli Televiziya və Radio Şurasının icazəsi olmadan xarici telekanallar ölkədə yayımlana bilər. Amma bu o demək deyil ki, onlar istədiklərini edə bilər. Hesab etmirəm ki, Rusiya telekanalları Azərbaycan əleyhinə təbliğat aparır. Açıq şəkildə Azərbaycana qarşı mənfi istiqamətdə təbliğat apardığını görsək, ölçü götürə bilərik. Bu filmlə bağlı isə kabel televiziyalarına xəbərdarlıq edəcəyik ki, daha diqqətli olsunlar. Filmə baxmadığıma görə konkret fikir deyə bilmirəm. Amma həqiqətən Azərbaycan əleyhinə açıq şəkildə fikirlər varsa, kabel şəbəkələrin rəhbərləri ölçü götürsünlər”, deyə o bildirib.
Xatırladaq ki, "Here" filminin rejissoru Braden Kinqdir. Filmdə baş rollarda Piter Koyot, Ben Foster və Lubna Azabal oynayırlar.
2011-ci ildə ABŞ-da çəkilmiş filmin baş qəhrəmanı Uill Ermənistana
yollanaraq bu ölkənin yeni peyk xəritəsini hazırlamaq istəyir. O,
Birləşmiş Ştatlardakı erməni mühacir ailəsində doğulan və sonradan
Ermənistana qayıdan fotoqraf qadınla tanış olur.
"Here" filmində Dağlıq Qarabağ "əzəli erməni torpağı" kimi
göstərilir, Azərbaycan isə "despotik və qəddar dövlət" kimi təqdim
olunur.
Ölkəmizdə kabel vasitəsilə yayımlanan Rusiyanın “Premyera” və “NTV” telekanallarında Hollivud istehsalı olan Azərbvaycan əleyhinə çəkilmiş film nümayiş etdirilir.
Gülxar
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO