Qırmızı.az
Azərbaycandan İsrailə uçuşlara məhdudiyyət qoyulmayacaq
Fələstindən "Həmas" təşkilatının atdığı raketlərdən birinin Təl-Əviv şəhərindəki aeroportun yaxınlığına düşməsi ilə əlaqədar bir sıra ölkələr İsrailə uçuşa məhdudiyyət qoyub.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Publika.az-a açıqlamasında Azərbaycanın uçuşlara hər hansı məhdudiyyət qoymadığını dedi:
“Bu gün səhər saatlarında uçuş olub və bundan sonrakı uçuşlara da hər hansı bir məhdudiyyət yoxdur. Məhdudiyyət nə üçün olmalıdır? İsrailin aviasiyası uçuşlara hər hansı təhlükə olmadığına zəmanət verir”.
M.Səfərli onu da bildirdi ki, Ukrayna istiqamətinə də uçuşlara hər hansı məhdudiyyət qoyulmayıb. Buna səbəb Azərbaycan təyyarələrinin Rusiyanın hava məkanından Ukraynanın şimalına daxil oluruq, Kiyevə eniş edirik. Bizim üçün qorxulu heç nə yoxdur.
Xatırladaq ki, Britaniyanın "EasyJet" aviaşirkəti Təl-Əvivə uçuşu bir sutkalıq dayandırıb. Almaniya, Fransa, Avstriya, ABŞ və Rusiyanın bir çox aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə təxirə salmışdı.
“Malayziya Hava Yolları”na məxsus “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində, Rusiya sərhədinin 60 kilometrliyində vurulmasına görə, Ukrayna üzərində bütün uçuşların istiqaməti dəyişdirilmişdi.
Gülxar
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"