Qırmızı.az
Facebook profilinizə kimlərin baxdığını bilmək istəyirsiniz?
Son illərin bizi ən çox düşündürən suallarından biri də budur.
"Google"-da bu suala verilən cavablar bir az qarışıqdır. Müxtəlif
addımları izləyərək profilinizə kimlərin baxdığını göstərəcəyini
iddia edən bir çox bələdçi tətbiq vardır. Publika.az bunun
mümkünlüyünü araşdırıb.
Məyus olmağa hazırsınızmı?
Ən köhnə "Facebook" əfsanələrindən biri olmasına baxmayaraq bir çox
istifadəçi, bu mövzuda hələ də ümidlidir. Ancaq bunun cavabı başdan
verək: Profilinizə kimin baxdığını öyrənmənin hər hansı bir yolu
yoxdur. "Facebook"a görə bu məlumatı əldə edə bilməzsiniz. Bəs
niyə? "Facebook" onu necə istifadə etdiyinizi öz faydası və qazancı
üçün izləyir və bu məlumatları sizə təmin etmək kimi bir
məcburiyyəti yoxdur. Yəni "Facebook" administratorları profilinizə
kimin neçə dəfə baxdığını bilsə də, bunu sizinlə paylaşmaq istəmir.
Bu məlumata hər hansı bir tətbiq və ya hiylə yolu ilə çatmanızın da
hər hansı bir yolu yoxdur.
Sınamağa dəyərmi?
Xeyr! Sizə profiliniz haqqında müxtəlif məlumatlar təqdim edəcəyini
iddia edən bir çox tətbiqə rast gəlməniz mümkündür. Üstəlik bu
tətbiqlər, bəyənilmə sayına baxılsa xeyli istifadəçi tərəfinin
marağını oyandırmış vəziyyətdədirlər. Məsələn, küçədə tanımadığınız
biri sizə bir torba dolusu brilliant satmağa çalışsaydı onu
alardınızmı, yoxsa saxta ola biləcəyini düşünərək yoxlamaqmı
istəyərdiniz? Bu cür tətbiqlər, sizin profilinizin gizliliyi və
təhlükəsizliyi mövzusunda heç bir diqqət göstərməyərək profilinizi
sındırmağa açıq hala gətirilər.
Bu cür tətbiqlər, əslində iki ana qrupa ayrılırlar:
1. Tamamilə zarafat olan, heç bir şey təqdim etməyən, bəzən hətta
zərərli olan tətbiqlər.
2. Yalnız eyni tətbiqi yükləyən "Facebook" dostlarınız haqqında
sizə məlumat təqdim edən tətbiqlər.
İkincisi birinci qədər zərərli olmasa da tətbiq onu yoldaşlarınızın
da yükləməsi üçün onları narahat edə bilər (spam olur). Üstəlik bu
tətbiqin verdiyi məlumat heç bir işinizə yaramayacaq.
Uzun sözün qisası, bu tətbiqləri sınağınıza dəyməyəcək. Çünki heç
biri, doğru məlumatı sizə təqdim edə bilməməkdədir. Hətta başınıza
gizlilik problemləri kimi fərqli problemlər aça biləcəyi üçün
onlardan uzaq dayanmaq lazımdır.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər