Dünya
Netanyahudan qəti qərar
İsrail hökuməti Qəzzada keçirilən quru əməliyyatlarının
genişləndiriləcəyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, İsrail baş naziri Binyamin Netanyahu
ölkənin müdafiə naziri və baş qərargah rəisi ilə mətbuat toplantısı
keçirib. Jurnalistlərlə görüşdə quru əməliyyatlarından söz açan
Netanyahu ilk növbədə, məqsədlərinin tunelləri təsirsiz hala
gətirmək və Qəzzadakı döyüşçüləri təmizləmək olduğunu bildirib.
“Çətin bir döyüş içərisindəyik. Qarşımızda çox tərs düşmən var və
biz onları tamamilə yox etmədən bu döyüşləri başa çatdırmayacağıq”
– deyə, baş nazir kəskin fikir söyləyib.
Müdafiə naziri Moşe Yalon isə ordunun bundan sonra daha dözümlü və
səbirli olmasının vacibliyini vurğulayaraq, qarşıdakı günlərdə
HƏMAS-a qarşı əməliyyatların genişləndiriləcəyini dilə gətirib.
Baş qərargah rəisi də baş nazirin sözünə qüvvət oaraq bildirib ki,
Qəzza sərhədindəki tunellər yox ediləcək. “Qəzzadakı dinc
sakinlərdən, vətəndaşlardan HƏMAS-ın tunellərinə yaxın yerlərdən
uzaqlaşmalarını tələb edirik. Bu əməliyyatı davam etmək
məcburiyyətindəyik” – deyə, baş qərargah rəisi sözlərinə əlavə
edib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi