Dünya
Yaxın Şərqdə “Xristian krallığı” yaradılacaq – Şok
“İraqı parçalamağa çalışanlar burada yeni “Xristian krallığı” yaradacaqlar”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, İraqda yeni Xristian krallığının yaranması üçün kürdlərdən istifadə ediləcəyini bildirib:
“Xristianlar hazırda kürdlərə pənah gətirib. Amma İraqdakı xristian icmasının rəhbəri özlərini müdafiə üçün yeni muxtariyyatın yaranmasının vacib olduğunu bildirir. Bu muxtariyyat yalnız Kürdüstanın tabeliyində mümkün olacaq. Əvvəla gərək “Böyük Kürdüstan” planı baş tutsun. Bu isə Ankara və Dəməşqi çox narahat edir. Əgər “Böyük Kürdüstan”ın tərkibində xristianlara özünü idarəetmə hüququ verilsə, bu, həmin dövlətin bütün xristian aləmi tərəfindən dəstəklənməsinə gətirib çıxaracaq. İlk növbədə bu dəstəyi Vatikan nümayiş etdirəcək. Çünki bu müqəddəs torpaqlarda ilk xristian dövləti olacaq. Buna Ankara sakit baxa bilməyəcək. Çünki Türkiyə anlayır ki, yeni muxtariyyatın yaranması xristian-yunan və xristian-ermənilərin də gələcəkdə eyni iddia ilə çıxış etməsinə səbəb olacaq. Bəs belə bir vəziyyət Qüdsdə - İsrail və Fələstinin illərdir vuruşduqları məkandada yaranacaqmı? Bunu söyləmək hələ çox çətindir”.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?