ABŞ-da müsəlmanlara nifrət broşürləri yayıldı
Bizi izləyin

Dünya

ABŞ-da müsəlmanlara nifrət broşürləri yayıldı

Nyu Yorkda müsəlmanların yaşadığı evlərin qapısına qeyri-adi broşürlər qoyulub.

Axar.az xəbər verir ki, broşürlərdə İslama və müsəlmanlara nifrət və təhqir ifadə edən sözlər yer alıb.

Bruklinin Bensonharst bölgəsində də müsəlman ailələrin yaşadığı mənzil qapılarına qoyulan broşürlərdə, “İslamçılar, ölkənizə geri dönün. ABŞ sizə nifrət edir. Siz terrorçusunuz. Siz ikinci Holokostsunuz”.

Hadisədən xəbər tutan Nyu York bələdiyyə başçısı Bil de Blasio yazılı açıqlama yayaraq, bu hərəkəti ”utancverici” adlandırıb.

Bensonharst bölgəsində yaşayan İlyad Rəşad isə hadisə ilə bağlı deyib:

“Ərəb, pakistanlı, banqladeşli və bir çox fərqli ölkə vətəndaşlarının yaşadığı bir yerdir bura. Buna bənzər nümunələri 11 sentyabr hadisəsindən sonra da görmüşdük, amma bir daha olmamışdı”.

Hadisə ilə bağlı polis araşdırma başladıb.

Xatırladaq ki, ötən həftə Nyu Yorkda məscid ətrafında toplaşmış bəzi şəxslər ibadətdən çıxan müsəlmanlara İsrail lehinə şüarlar söyləyərək, onları təhqir ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm