Dünya
Kameron Britaniyanın İraq strategiyasını müdafiə etdi
Kameron deyib ki, Britaniya "müdhiş"
İslam Dövlətini - İŞİD silahlı qrupunu məğlub etmək üçün "əlindəki
bütün imkanlardan, o cümlədən hərbi qüdrətindən" istifadə
edəcək.
Publika.az-ın "BBC"yə istinadən məlumatına görə,
baş nazirin təbirincə, Britaniya kürdlərlə və İraq hökümətilə birgə
işləyəcək və ABŞ-ı dəstəkləmək üçün imkanlarından istifadə
edəcək.
Bu arada Kiprdə yerləşən Britaniya hava qüvvələri
hissəsinə baş çəkən Müdafiə katibi Maykl Fallon yaxın zamanlarda
Britaniya hərbi aviasiyasının İraqda əməliyyatlarda iştirak
edəcəyini və İD silahlılarının havadan izlənməsinə artıq
başlandığını bildirib.
Müdafiə katibinin təbirincə, Britaniya
hərbiyyəsinin İraqdakı hadisələrdə iştirakı "aylarla çəkə
bilər".
Müxalif rəqib Leyboristlər partiyası İraqdakı
münaqişəyə Britaniyanın yanaşmasının "aydın olmadığını"
bildirib.
Kölgə kabinetinin Xarici İşlər katibi Duqlas
Alexander BBC-ə deyib ki, "Britaniya qüvvələrinin qatıldığı
missiyanın təbiətini anlamağa ehtiyac var".
Höküməti məsələyə "aydınlıq" gətirməyə çağıran
Duqlas Alekksandr eyni zamanda əlavə edib: "Biz Britaniya
hökümətinin addımlarını dəstəkləyirik”.
Bundan əvvəl baş nazir Devid Kameron Britaniya
hökümətinə kürd döyüşçülərindən silah sifarişi olarsa həmin
təşəbbüsə “müsbət baxılacağını" bildirmişdi.
Bazar günü Kürd qüvvələri ABŞ aviasiyasının
dəstəyilə strateji əhəmiyətə malik Mosul su bəndinə nəzarəti bərpa
edə bilmişdilər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu