Dünya
Separatçılar Kiyevin şərtlərini rədd etdi (VİDEO)
Qondarma Donetsk xalq respublikası
(DXR) ukraynalılarla danışıqlara hazırdır, lakin Kiyevin bu
şərtlərini yerinə yetirmək fikri yoxdur. Bu barədə çərşənbə axşamı
DXR baş naziri Aleksandr Zaxarçenko açıqlama
verib.
ANS PRESS-in məlumatlna görə, Zaxarçenko “Biz
təklif gözləyirik, lakin ağlabatan şərtlər - silahı yerə qoyub
sərhədlərin bağlanmasını təmin etmək... Bu heç vaxt olmayacaq, qoy
onlar heç bu barədə arzulamasınlar da.” - deyə son təkliflərə
mövqeyini bildirib.
O, “respublika”sının hakimiyyətinin müharibəyə
qarşı olduğunu deyərək əlavə edib ki, “Mövcud DXR dövlətini tanımaq
lazımdır. Mən başa düşürəm, bu onlar üçün fiziki cəhətdən mümkün
deyil və ya mənəvi hansısa keyfiyyətlər onlara ölkəni tanımağa
icazə vermir”.
Qeyd edək ki, bundan öncə Ukrayna XİN Pavel
Klimkin Donbasdakı vəziyyətlə əlaqədar Berlində keçirilən
dördtərəfli görüşləri şərh edərkən bildirib ki, Donets və Luqansk
ərazilərində atəşkəsin bərqərar olunması yalnız sərhədlər üzərində
nəzarətin qaytarılması, ATƏT müşahidəçilərinin işinin təmin
olunması və girovların qaytarılmasından sonra
mümkündür.
Bu arada Ukrayna ordusu Luqansk və Donetsk
bölgələrini bu gecə də ardıkəsilməz atəşə məruz qoyublar. Hər iki
şəhərdə su, işıq, qaz təchizatı dayandırılıb. Daha əvvəl Luqansk ərazisində qaçqınların avtomobil karvanı
separatçılar tərəfindən atəşə tutulmuşdu.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."