Malayziya təyyarəsini vuran tutuldu - Foto
Bizi izləyin

Dünya

Malayziya təyyarəsini vuran tutuldu - Foto

Ukraynanın Donetsk vilayətinin Artyomovsk şəhərində Ukrayna Antiterror qüvvələri Rusiya meylli separatçıların liderlərindən biri Semyon Xodakovskini saxlayıb.

Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

“Semyon Xodakovski şəhər şurasına hücumda və onun zəbt edilməsində iştirak edib. Saxlanılarkən yaralanıb. Hazırda terrorçu ifadə verir. Müəyyən olunub ki, “Donetsk Xalq Respublikası”nın quldur dəstələrindən birinin lideri olub, xarici legionda uzun müddət xidmət edib və böyük hərbi təcrübəyə malikdir”, - deyə Lısenko bildirib.

Qeyd edək ki, Xodakovski "Boeing 777" təyyarəsinin vurulmasında adı hallanan şəxslərdən biridir.

Reuters agentliyinə verdiyi müsahibədə Xodakovski üsyançıların arsenalında həqiqətən "Buk" kompleksinin olduğunu bildirmişdi.

O həmçinin qeyd etmişdi ki, ola bilər ki, sistem Rusiyadan gətirilib və sonra geri göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm