İqtisadi gündəm
Rusiya mətbuatı Sarkisyanı ifşa etdi
Rusiya qəzeti: "Ermənistan prezidenti Soçidəki Qarabağ sammitində elə bağırdı ki, doğrunun bağrı yarıldı".
Ermənistanın dövlət başçısı Serj Sarkisyanın BMT
Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin indiyədək
icra olunmamasında Azərbaycanı günahlandırması məsuliyyəti İrəvanın
üzərindən atmaq cəhdi və təxribatdan başqa bir şey
deyil.
Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Tribuna"
qəzetinin dərc etdiyi "Təhlükəli dezinformasiya" başlıqlı məqalədə
bildirilir.
Müəllif Alesya Dovlatova yazır: "Serj Sarkisyanın səsləndirdiyi
kimi bəyanatlara el arasında "oğru elə bağırdı ki, doğrunun bağrı
yarıldı" deyirlər. Böyük siyasətdə isə bunun adı təxribatdır. Lakin
məsələ ondadır ki, Ermənistan prezidenti bu təxribatçı bəyanatları
haradasa İrəvanda və ya Gümrüdə öz tərəfdarlarının mitinqində
deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri
ilə görüşdə səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına həsr olunmuş bu görüşdə Rusiya vasitəçiliyi öz
üzərinə götürmüşdü. Bu isə o deməkdir ki, Sarkisyanın BMT
Təhlükəsizlik Şurasının qətnamələrini belə başa düşməsi bizim üçün
də problemə çevrilə bilər".
Rusiyalı jurnalist qeyd edir ki, bu yaxınlarda Soçidə aparılmış
danışıqlarda prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının
hələ 20 il əvvəl erməni qoşunlarının Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə çıxardığını
xatırladıb. Serj Sarkisyan isə cavab olaraq deyib ki, "qətnamənin
tələbinə riayət edən tərəf varsa, o da Ermənistandır, çünki o,
hərbi əməliyyatların dayandırılması üçün öz təsir imkanlarından
istifadə edib".
"Ermənistan prezidentinin nümayişkaranə şəkildə səsləndirdiyi
versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhz
Azərbaycan əməl etmir. Lakin axı Azərbaycan bu qətnamələrin dinc
yolla icrasına necə səbəb ola bilərdi? Yoxsa o, özünün qanuni
torpaqlarından, ümumiyyətlə, əl çəkməli idi? Bəlkə torpaqlarının
iyirmi faizini qonşuya bağışlamalı idi?" - deyə jurnalist
soruşur.
A.Dovlatova hesab edir ki, S.Sarkisyan belə təxribatçı bəyanatlar
verməklə Rusiyanı öz yaxın müttəfiqləri ilə təhlükəli oyuna
sürükləməyə çalışır. Müttəfiqlər sırasına isə müəllif təkcə
Avrasiya İttifaqına qoşulmağı hazırlaşan Ermənistanı deyil, həm də
Rusiya ilə "gerçək mehriban münasibətlər" quran, "rus məktəblərini
və qəzetlərini bağlamayan, "sovet işğalı muzeyləri" yaratmayan və
ümumiyyətlə, antirusiya təbliğatı aparmayan, əksinə uğurlu siyasi
islahatlar yürüdən, on il ərzində böyük iqtisadi uğurlara nail
olan" Azərbaycanı aid edir. "Bu gün Azərbaycan Rusiyanın vacib
siyasi və iqtisadi tərəfdaşıdır", - məqalədə vurğulanır.
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...