Ukraynada “İkinci Qarabağ planı"
Bizi izləyin

Dünya

Ukraynada “İkinci Qarabağ planı"

Kiyevin vaxtı azalır, soyuqlar düşənə qədər ölkənin şərqi separatçılardan təmizlənməsə, Rusiyanın Ukraynada "ikinci Qarabağ" yaratmaq planı tədricən həyata vəsiqə qazanacaq”.

Bunu Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukraynadakı son vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, danışıqlar heç bir nəticə vermədiyindən hadisələrin gedişatı onu göstərir ki, Rusiya separatçılara dəstəyini artırır və əks hücumlar bundan sonra da səngiməyəcək. Aydın məsələdir ki, Rusiyada müəyyən qüvvələr Ukraynada “ikinci Qarabağ” yaratmaq istəyirlər. Əgər yaxın aylarda, soyuqlar düşənə qədər Ukrayna vəziyyəti ələ ala bilməsə, separatçılar üstünlük qazana bilərlər. Eyni zamanda, Rusiyanın sözügedən qüvvələrə dəstəyinin artması da vəziyyəti dəyişə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm