Dünya
ABŞ İŞİD-ə qan uddurur
ABŞ ordusu Əmirli və Mosul bəndi yaxınlığında yerləşən
"İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava
hücumları təşkil edib.
Publika.az-ın "Haberturk" saytına istinadən məlumatına görə,
Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi
Komandanlığı verdiyi açıqlamada bildirib ki, uzaqdan idarə edilən
pilotsuz qırıcı təyyarələrdən biri Mosul bəndi, digəri isə Əmirli
yaxınlığında hücumlar həyata keçirib.
Açıqlamada, Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir
tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə
terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi
haqqında məlumat verilib.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin
bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun
avqustun 8-dən bəri İraqda 120 hava hücumu təşkil etdiyi barədə
məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama iki həftə əvvəl orduya
İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata
keçirilməsi üçün tam səlahiyyət verib.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO