Küləkli hava 4 nəfərin həyatına son qoydu
Bizi izləyin

Qırmızı.az

Küləkli hava 4 nəfərin həyatına son qoydu

Ötən həftə ərzində Bakı şəhərində küləkli hava şəraiti dənizdə çimən 4 nəfərin həyatına son qoyub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, onlardan 1-i Təcili yardıma qədər dünyasını dəyişib. Digər 3 nəfər xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.

Ötən həftə günvurma nəticəsində də 4 nəfər xəstəxanaya çatdırılıb. 1 nəfərə isə yerində yardım edilib.

Stansiyadan verilən məlumata görə, avqustun 27-də ilansancma hadisəsi qeydə alınıb. Müşfiq qəsəbə sakininə Təcili yardım Stansiyasının əməkdaşları ilkin tibbi yardım göstəriblər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm