İdman
Prezident idmançılarla görüşdü
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.
Yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli
komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan
dövlətimizin başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi
qiymətləndirdi.
İdmançıları təbrik edən Prezident İlham Əliyev dedi ki, 200-dən çox
komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o
cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri
arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq
görülməsi tarixi qələbədir.
Prezident İlham Əliyev idmançıların gələcəkdə də böyük uğurlara
imza atacaqlarına əminliyini ifadə etdi.
Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan dövlətimizin başçısı dedi ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan Azərbaycan Prezidenti London Olimpiadasında əldə etdiyimiz uğurları xatırlatdı.
Qeyd etdi ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı
əlaqə kəsilməmələlidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müstəqil dövlət
olduqdan sonra idmançılarımız iştirak etdikləri hər Olimpiadada
böyük uğurlara imza atıblar. Dövlətimizin başçısı yeniyetmə-uşaq
idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə
idmanının inkişafı baxımından vacib olduğunu dedi.
Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə gənc istedadlı
idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı,
bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı
təmin edir.
Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk
Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu dedi və
bildirdi ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa
idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın
inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi
artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır.
Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən
dövlətimizin başçısı bildirdi ki, bu oyunlar idmançıların və idman
növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına
isə yaxındır. Prezident İlham Əliyev gənc idmançıların milli
komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar
qazanacaqlarına ümidvar olduğunu söylədi.
Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının
inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc
medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən
qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman
infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşə yekun vuran Prezident İlham Əliyev hələ sovetlər dövründə
Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söylədi.
Lakin müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, idmanın
da tənəzzül dövrü yaşadığını dedi.
Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın
inkişafı naminə gördüyü işlərdən danışan dövlətimizin başçısı o
vaxtdan bəri ölkəni tərk etmiş idmançılarımızın Vətənə qayıtması,
yeni idman komplekslərinin yaradılması, beynəlxalq idman qurumları
ilə əlaqələrin genişləndirilməsi, idmanla bağlı bütün qurumların
uğurla birgə fəaliyyət göstərməsi sahəsində həyata keçirilən işləri
qeyd etdi. Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən
Prezident İlham Əliyev bildirdi ki, gənclərin qələbəsi müstəqil
Azərbaycanın nəyə qadir olduğunu göstərir.
Dövlətimizin başçısı bir daha idmançıları təbrik etdi, onlara daha
böyük uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO