Nida.az
BAXCP rəsmisi: “AXCP-də “matros Faiq”dən başqa kimsə qalmayıb”
“Müsavat Partiyasında artan gərginlik gözlənilən idi. Yəni bu, birbaşa İsa Qəmbərlə Arif Hacılı arasında gedən mübarizədir. Baş verən istefalar da bu səbəbdəndir”.
Publika.az-a açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasındakı başqan seçkilərini dəyərləndirərkən deyib.
“Artıq hər iki şəxs bir-birinə “mesajı” özlərinə yaxın şəxslər
vasitəsilə edirlər. İsa Qəmbər başqanlıqda qalmaq niyyətini ortaya
qoymaq istəyir. Dörd ildən artıqdır ki, Arif Hacılı İsa Qəmbərə
başqanlıqda güzəşt edir və indi bu məsələni uzatmaq istəmir. Gələn
ay Müsavat Partiyasının qurultayı keçirilməsə və İsa Qəmbər
başqanlıqdan getməsə, Müsavat yüz faiz dağılacaq”, - N.Orduxanlı
bildirib.
Onun sözlərinə görə, Müsavat Partiyasının son 20 ildə
uğursuzluğunun əsas səbəbi də məhz İsa Qəmbərdir:
“Onun apardığı radikal siyasət partiyanı bu vəziyyətə gətirib
çıxarıb. Özlərini müxalifətin “anası” adlandırırlar, ancaq
parlamentdə bir nəfər də olsun təmsilçisi yoxdur. Belə də “ana”
müxalifət olar? Parlament birbaşa siyasət meydanıdır. Digər
tərəfdən, indiyə qədər Müsavat Partiyasından xeyli adamlar istefa
verib. Partiyanı təsis edən adamlar da Müsavatdan gedir. Elələri də
var ki, bu partiya ilə heç bir əlaqəsi yoxdur. Arif Hacılı bu
vəziyyətin davam etməsini istəmir və yaxın ətrafına ümid verir ki,
İsa Qəmbər başqanlıqdan getsə, partiyanın fəaliyyətində dəyişiklik
olacaq. Ona görə də bu adamlar özlərini Müsavatın rəhbərliyində
saxlamaqla qarşıdan gələn seçkilərdə uğur qazanmaq istəyirlər.
Ancaq unudurlar ki, son 20 ildə məğlubiyyətin əsas səbəbi həm də
aparılan siyasətdədir. Radikal siyasətlə heç bir uğur qazanmaq
mümkün deyil. Necə ki indiyə qədər bunu qazana bilməyiblər”.
Arif Hacılının bütün rəqiblərindən güclü göründüyünü deyən N.Orduxanlı hesab edir ki, o, başqan olsa belə Müsavat Partiyasında istefa verənlər olacaq. Bunun qaçılmaz olduğunu deyən BAXCP sədrinin müavini bildirib ki, bunu vaxtilə Sülhədddin Əkbər, İbrahim İbrahimli və digərləri ediblər.
AXCP-nin fəaliyyətinə də münasibət bildirən N.Orduxanlı qeyd edib
ki, bu gün sözügedən “matros Faiq”dən başqa heç kim qalmayıb.
“Əbülfəz bəyin 1998-ci ildə qurultaydan sonra formalaşdırdığı AXCP
Rəyasət Heyətinin 19 nəfər üzvündən bir nəfər belə Əli Kərimlinin
yanında qalmayıb. “Matros Faiq” isə Əli Kərimlinin yerlisidir və
həmişə onun köməkçisi işləyib”,- deyə o vurğulayıb.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO