Ölümə aparan saç boyası - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümə aparan saç boyası - FOTOLAR

Britaniyalı Tina Littlvud saçlarını boyamağa cəhd edərkən ölümlə üz-üzə qalıb. 41 yaşlı qadının sözlərinə görə, yaşanmış haldan sonra bir daha saçlarını boyamağa cəhd etməyəcək.

Qadın "Clairol" markalı saç boyasını alıb və hərbi xidmətdə oğlunu ziyarət etməzdən öncə saçlarını boyamağa qərara gəlib. Saç boyasındna sonra isə Tina oğlunun yanına getmək əvəzinə xəstəxanaya yollanıb.

Saç boyası qadında güclü allergiya təsiri yaradıb. Qadın saç boyasından ağır yanıq zədələri alıb. Bundan əlavə, qadın bir neçə gün gözünü aça bilməyib. Xəstəxanada qadına güclü ağrıkəsicilər vurulub. Tinanın baş dərisi ağrılı suluqla örtülüb.

Yalnız 6 həftədən sonra yanıqlar sağalıb. Lakin Tinanın sözlərinə görə onun əlləri və ayaqları hələ indiyədək qaşınır. Onun sözlərinə görə, saç boyası qoymaq əvəzinə bundan sonra ağ tüklərlə gəzməyə razıdır.

Maraqlıdır ki, Tina artıq 20 ildir ki, saç boyasından istifadə edir. O, saç boyasının təlimatında göstərilmiş bütün qaydalara riayət edərək, test də keçirdib. Elə bu səfər də qadın saç boyasını istifadə etməzdən əvvəl test keçirdib. Heç bir əks təsir görmədikdən sonra saç boyasını saçlarına istifadə edib. 20 dəqiqədən sonra onun başı qaşınmağa başlayıb. Sabahı günü qadının halı o qədər pis olub ki, o, hətta gözlərini belə aça bilməyib. O, yalnız 5 gündən sonra gözlərini aça bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm