Qırmızı.az
Azərbaycanda qar yağacaq
Yaxın 3 gün ərzində Azərbyacanda əlverişsiz, qeyri-sabit hava şəraiti davam edəcək və gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qar və qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva açıqlamasında deyib ki, sentyabrın 18, 19 və 20-də gecə saatlarında həmin ərazilərdə yağıntıların sulu qar və qar şəklində olacağı gözlənilir. Çünki havanın temperaturu ötən günlərlə müqayisədə xeyli- 10 dərəcəyə kimi enəcək. Həmin ərazilərdə payız aylarında qarın yağması indiyədək müşahidə olunan prosesdir və anormal deyil. Qar insanların yaşadığı ərazilərə yağmayacaq.
U.Tağıyevanın sözlərinə görə, qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək. Bu müddətdə ölkə ərazisində yağıntılar yağacaq. Sabah günün ikinci yarısında-axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək. Gün ərzində tutğun hava şəraiti rayonlarda və paytaxtda müşahidə ediləcək. Respublikanın rayonlarında yağıntılar intensiv olacaq. Bakı və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur. yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında temperatur 20-24 dərəcə olacaq.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi