Nida.az
Deputat: “Ermənistan beynəlxalq ictimaiyyəti aldadır”
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı proqnozlarını açıqlayıb.
Deputat A.Mollazadə Publika.az-a açıqlamasında deyib ki, bu dəfə ki, sülh danışıqlarında da Ermənistan prezidentinin ədalətli mövqe nümayiş etdirəcəyi inandırıcı deyil:
“Ermənistan müstəqil dövlət deyil və münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmağa hazır deyil. Ermənistan tərəfi ancaq danışıqlar prosesini imitasiya etmək və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Ona görə bu görüşdən də müsbət nəticə gözləmirəm”.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər.
Diplomatın sözlərinə görə, prezidentlərin görüşü oktyabrın ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutacaq.
Səfir qeyd edib ki, dövlət başçıları Qarabağ probleminin dinc yolla həlli məsələsini müzakirə edəcəklər və bu görüş prezidentlərin Uelsdəki görüşündən sonra çox əhəmiyyətli olacaq:
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni edir. Fransa belə hesab edir ki, bu münaqişəni həll etməyin vaxtı çoxdan çatıb”.
Vasif Həsənli
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ