Rusiya kəşfiyyatı Ukrayna təyyarəsini oğurlamaq istəyib – Şok iddia
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyatı Ukrayna təyyarəsini oğurlamaq istəyib – Şok iddia

Rusiya Ukrayna hərbi təyyarəsini oğurlamağa çalışıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu iddia ilə Ukrayna Milli Təhlükəsizlik Xidməti çıxış edib.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti “Su-24M” hərbi kəşfiyyat təyyarəsinin oğurlanması ilə bağlı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanan planın icrasına maneə olub. Qeyd olunur ki, planın həyata keçirilməsi üçün Rusiya hərbi kəşfiyyatı tərəfindən cəlb edilən “Ukraynası vətəndaşı “K-a” (adı şərtidir) Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı tərəfindən saxlanmılıb.

1970-ci il təvəllüdlü “K-a” kəşfiyyat aviasiyasının komandir müavini olub və antiterror əməliyyatları zonasında iştirak edirdi. Maddi mükafat qarşılığında Ukrayna təyyarəsinin oğurlanması planının həyata keçirilməsi təklifi ilk dəfə “K-a”nın Rusiya vətəndaşı olan qardaşı tərəfindən verilib.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı isə cinayətkar niyyətləri vaxtında ifşa edib. Hazırda Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi (vətənə xəyanət) ilə cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm