Adil Əliyev Müsavatda seçki saxtakarlığından yazdı
Bizi izləyin

Nida.az

Adil Əliyev Müsavatda seçki saxtakarlığından yazdı

Milli Məclisin deputatı Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində rəqibi olmuş İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat Partiyasının başqanlıq seçkisinə münasibət bildirib.

Publika.az xəbər verir ki, A. Əliyev Müsavatın sentyabrın 27-də keçirilən qurultayına digər partiyalardan qonaqlar dəvət olunmadığına toxunub və bildirib ki, yaxşı ki, Müsavatın seçkilərində başqa partiyanın üzvləri iştirak etməyiblər, yoxsa seçki saxtakarlığını boyunlarından atacaqdılar: “Vurğun Əyyub yeni başqan Arif Hacılını təbrik etməyəcəyini deyib və bildirib ki, legitimliyi şübhə altında olan başqanı heç vaxt təbrik etməyəcək. O, Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini söyləyib. V. Əyyub nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki düşünməsə də, bu istiqamətdə faktların getdikcə toplandığını qeyd edib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm