Başı kəsilən qızın oxuduğu akademiyadan AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Başı kəsilən qızın oxuduğu akademiyadan AÇIQLAMA

“Öldürülən tələbənin cinsi azlığa mənsub olması ilə bağlı yazılanlar cəfəngiyatdır. O, çox tərbiyəli qız idi”. Bu barədə Publika.az-a dünən bacısı tərəfindən başı kəsilən qızın təhsil aldığı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dekan müavini Fatimə Əliyeva bildirib.

O bildirib ki, Nuriyeva Günel Etibar qızı haqında yazılanlar həqiqətə uyğun deyil. Dekan müavininin sözlərinə görə, o, çox yaxşı tələbə olub:

“İnternetdə yayılanlar çox pis şayiələr idi. Hər kəs öyrənmədən ağzına gələni yazır. Ölən qız bizim tələbəmiz idi, bacısı isə kollecin tələbəsidir. Hər ikisi yaxşı qızlar idi, tərbiyəli ailədəndirlər. Onlara şər atırlar”.

Günel Nuriyevanın qiymətlərinin yaxşı olduğunu, yaxşı oxuduğunu deyən F. Əliyeva bildirdi ki, o, xaraktercə də çox sakit, başıaşağı qız olub:

“Bəlkə də, onun kimi sakit qız yoxdur. Bacılar rayondan gəlib burada yaşayırdılar. Çox tərbiyəli ailənin qızları idilər. Bu hadisə bizə də çox pis təsir elədi”.

Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, mərhum bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla qətlə yetirilib.


Hadisə baş verən ailənin başçısı Etibar Nuriyevin tanınmış biznesmen olduğu deyilir. Onun Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm