Psaki: “ABŞ üzr istəməyəcək”
Bizi izləyin

Digər

Psaki: “ABŞ üzr istəməyəcək”

“ABŞ vətəndaşlarının azad edilməsi üçün Koreya Xalq Demokratik Respublikasından üzr istəməyəcək”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

Qeyd edək ki, rəsmi Pxenyanda ABŞ-ın iki vətəndaşının azad olunması üçün Vaşinqtonun rəsmən Şimali Koreyadan üzr istəməli olduğunu açıqlayıb.

Şimali Koreya hakimiyyəti bu həftə üç ABŞ vətəndaşından birini - Cefri Foulu azad edib. O, bu ilin aprelində Şimali Koreyaya turist kimi gələn Foul deyilənlərə görə İncili oteldə qoyub getdiyinə görə həbs edilmişdi.

Şimali Koreyada həbsdə saxlanılan digər iki amerikalının - Kenesz Bae və Metyu Millerin azad olunması üçün Pxenyanla danışıqlar davam edir.

Bu il sentyabrın 14-də Miller rejim əleyhinə “düşməncə” davranışlarına görə ağır işlərdə çalışmaq cəzasına məhkum olunub. O, 4 ay öncə turist vizasında düzəliş ittihamı ilə həbs edilmişdi. Rəsmi Pxenyan amerikalı Baeni zorakı missioner sayıb və şimal rejimini devirməkdə suçlayıb. Ona 15 il ağır əməklə məşðul olması barədə hokum verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm