Tabloid.az
Kamran Həsənlidən “indeyski” səhv - FOTO/VİDEO
Tanınmış müğənni Qədir Məmmədov (Qızılsəs) şoumen-teleaparıcı Kamran Həsənli aparıcısı olduğu “Günəbaxan” verilişinin qonağı olub. Sənətçi “Zeynəbim” adlı mahnını ifa edib. Müğənninin ifası bitdikdən sonra şoumenlə müğənni arasında belə bir dialoq olub.
Kamran Həsənli:
- Bu məhnının, məncə, 30-dan çox yaşı var.
Qədir Məmmədov:
- Otuz da olmasa, 25 var.
- Mahnını kim yazıb?
- Mahnının, demək olar ki, müəllifi yoxdur.Yəni özümüz düzəltmişik də…
- Siz təvazökarlıqdan demək istəmirsiniz…
- Mən bəstəkar deyiləm. Yəni mənimçün ayıbdır. Amma mahnı sevilir, Kamran. Əsas tamaşaçıdır da.
- Kaş ki bizim bir çox insanlarımızda belə təvazökarlıq olaydı. Vaxtilə bu mahnı bütün Azərbaycanda çox dəbdəydi. İndi də dəbdədir, toylarda, düyünlərdə “Zeynəbim”i istəyirlər. Əziz Azərbaycan vətəndaşı, bu mahnının müəllifi, bəsətkarı Qədir Qızılsəs. Alqış gəlsin Qədir Qızılsəsə.
Verilişdən sonra məşhur sənət adamlarımızdan biri əməkdaşımızla
əlaqə saxlayaraq, sözügedən mahnının bəstəkarının Qədir Məmmədov
olmadığını bildirib:
“Kamran konservatoriya bitirib və musiqini bilir. Ola bilməz ki, o,
qəsdən səhvə yol versin. Çox güman ki, o, bu mahnının məşhur hind
filmi “Sən mənim həyatımsan”dan olduğunu bilməyib. Sadəcə, Qədirin
oxuduğu variantda mahnının ritmi dəyişdirilib. Düzdür, Qədir yaxşı
sənətçidir, amma belə yanlışlıqlara yol vermək olmaz”.
Publika.az olaraq həm Kamran Həsənlinin, həm də Qədir Məmmədovun mövqeyini də dərc etməyə hazırıq. Müqayisə üçün hər iki versiyanı sizə təqdim edirik.
İntiqam VALEHOĞLU
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR