PKK koordinatoru Kobanidə məhv edildi
Bizi izləyin

Dünya

PKK koordinatoru Kobanidə məhv edildi

PKK terror təşkilatının Muş-Diyarbəkir-Bingöl üzrə koordinatoru Kobanidə öldürülüb.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, Kobanidə ağır yaralanan və Şanlıurfaya gətirilən beş nəfərin hamısı ölüb. O, beş nəfərdən biri də PKK terror təşkilatının Muş-Diyarbəkir-Bingöl üzrə koordinatoru İbrahim Ərbay olub.

2009-2013-cü illər arasında Muş-Diyarbəkir-Bingöl üçbucağında silahlı terror aktlarının törədilməsinə göstəriş verən “İrfan Əhməd” kod adlı Məhmət Tahir Kılıçın da köməkçisi olan “Yılmaz” kod adlı İbrahim Ərbay axırıncı dəfə Bingölün Gənc rayonu ilə Diyarbəkirin Licə rayonu arasında olan Akdağlar bölgəsində silahlı fəaliyyət göstərib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm