Qırmızı.az
Nərgiz Paşayeva İngiltərədə ana dilindən danışdı - FOTOLAR
Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüş keçirilib.
Publika.az-ın AzərTAc-a istinadən verdiyi məlumata
görə, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən
həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya
tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord
German ilə görüşüb.
Londonun “Roayl Garden” otelinin tədbirlər zalında keçirilən
ənənəvi illik yığıncaqda, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı
səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti Qordon Birrell,
İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri,
Britaniyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Londonda
akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun
təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də
iştirak ediblər.
Tədbiri açan Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri Lord
German qurumun fəaliyyəti, cari il ərzində görülən işlər barədə
ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən hər kəsə
minnətdarlığını bildirən Lord German həmsədri olduğu Cəmiyyətin
bundan sonra da iki ölkə arasında mədəni-humanitar və işgüzar
əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da
artıracağını qeyd edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri
olmaqdan şərəf duyduğunu bildirən Lord German, Nərgiz xanımla
əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz
Paşayeva qonaqları salamlayaraq, tədbirdə iştirak edənlərə
təşəkkürünü bildirib. Cəmiyyətin mərhum həmsədri Lord Freyzerin
xatirəsinin unudulmaz olduğunu bildirən N.Paşayeva yeni həmsədr
Lord Germanın da səylərinin cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət
və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini
söyləyib.
Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin
nailiyyətləri sayəsində qazanılan nüfuzun qurumun əsas qürur
mənbəyi olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ən yaxşı
göstərici olan zaman hər iki ölkə vətəndaşlarının inamının qazanıla
biləcəyini sübut edib.
Azərbaycan və Britaniyanın gözəl ölkələr olduğunu diqqətə çatdıran
professor, bu ölkələri gözəlləşdirən ən vacib amillərdən birinin
insanlar olduğunu vurğulayıb. Belə insanlar gələcəyimizin
zəmanətidir. Son iyirmi il ərzində xalqlarımızın bir-birilərini
kifayət qədər tanıdıqlarını diqqətə çatdıran həmsədr, daha çox
tanımağın və öyrənməyin əhəmiyyətini vurğulayıb. Nərgiz Paşayeva
deyib: “Keçmiş təcrübələrimizin xalqlarımız arasındakı əlaqələri
yeni mərhələyə daşıyacağından əminəm”.
Çıxışına Azərbaycan dilində davam edən Nərgiz Paşayeva ana
dilimizdə danışmağın əhəmiyyətini vurğulayaraq, Azərbaycan dilini
dünyanın hər tərəfində təbliğ etməyin vacibliyini diqqətə
çatdırıb.
Qeyd edilib ki, son iyirmi il ərzində Azərbaycandan 5 minə yaxın
tələbə Britaniyada təhsil alıb. Bu, Azərbaycan ilə Birləşmiş
Krallıq arasında vətəndaş cəmiyyətlərinin yaxınlaşmasında böyük
əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı vətəndaş
cəmiyyətlərinin bir-birilərinə yaxınlaşması İngiltərə-Azərbaycan
Cəmiyyətinin əsas məqsədlərindəndir.
Tarixə nəzər salan professor Azərbaycanın ən böyük nailiyyətinin
onun müstəqilliyini yenidən bərpa etməsi olduğunu qeyd edib. Nərgiz
Paşayeva bildirib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan ilə
Britaniya arasında əlaqələr genişlənib və iki ölkə arasında
İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət
göstərir”. Professor xalqlarımız arasındakı oxşarlıqlardan bəhs
edərək, hər iki xalqın dostluğu, səmimiyyəti və yumoru sevdiyini
bildirib.
Çıxışının sonunda Nərgiz Paşayeva Azərbaycan dilini öyrənməyə
həvəsi olan Cəmiyyətin həmsədri Lord Germana ölkəmizin tarixi və
memarlığından bəhs edən “Azərbaycanın sehrli abidələri” adlı kitab
hədiyyə edib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell təmsil etdiyi şirkətin fəaliyyəti, uğurları və gələcək planları haqqında məlumat verib, bp-nin Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafını dəstəklədiyini bildirib.
Azərbaycanın İngiltərədəki səfiri Tahir Tağızadə Britaniya ilə
Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından bəhs
edib, Birləşmiş Krallığın Azərbaycanın hərtərəfli inkişafını
dəstəklədiyini diqqətə çatdırıb.
T.Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Diplomat səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripka ustası Nəzrin
Rəşidova və pianoçu Murad Adıgözəlzadə Azərbaycan və dünya musiqi
klassiklərinin əsərlərindən parçalar ifa ediblər.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər