Goranboyda dəhşət: 80 yaşlı ər-arvad evində öldürüldü
Bizi izləyin

Qırmızı.az

Goranboyda dəhşət: 80 yaşlı ər-arvad evində öldürüldü

Goranboy rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Goranboy rayon prokurorunun böyük köməkçisi Füzuli Əliyevin Publika.az-a verdiyi məlumata görə meyitlərin Qaradağlı kənd sakinləri – 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədova və onun həyat yoldaşı, 1930-cu il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovaya məxsus olduğu aşkar edilib: “Hal-hazırda hadisə yerindəyik. Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. Hələlik hadisəni araşdırırıq. Meyitlər bu gün səhər onların yaşadıqları evdə aşkarlanıb. Cinayətin nə vaxt baş verdiyi məlum deyil. Araşdırmaların sonunda hər şey məlum olacaq. Hələlik şübhəli şəxs qismində heç kim saxlanılmayıb”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm