Digər
Yeni ildə əfv gözlənilir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir. Bir müddət öncə Ombudsman Elmira Süleymanova da jurnalistlərə açıqlamasında bayram ərəfəsində belə bir sərəncamın imzalanmasının gözlənilən olduğunu bildirmişdi.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov Publika.az-a açıqlamasında artıq işçi qrup tərəfindən növbəti əfv sərəncamı ilə bağlı tövsiyələrin Əfv Məsələləri Komissiyasına təqdim edildiyini bildirib. Siyahıda hansı adların olduğunu açıqlamayan S. Məmmədovun sözlərinə görə, hər şey imzalanandan sonra məlum olacaq: "Biz təkliflərimizi vermişik. Lakin orada kimlərin adlarının olması dərc olunandan sonra məlum olacaq. Biz hələ gözləyirik. Sərəncam imzalanandan sonra təkliflərimizin nə dərəcədə nəzərə alındığını biləcəyik".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə, o cümlədən əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynliyə də aid edilib.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu