İdman
AFFA "Neftçi" və "İnter"in xahişini nəzərə almadı
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda “Neftçi” PFK (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” PİK (Kaxaber Tsxadadzenin cəzasının ləğv olunması), “Araz-Naxçıvan” Futzal klubu (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” Futzal Klubu (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Neftçi” PFK-nın futbolçusu barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “İnter” PİK-in baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
3. “Araz-Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Rəcəb Fərəczadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəcəb Fərəczadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
4. “Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Yevgeni Valenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Yevgeni Valenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
5. “Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu Dmitri Komenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Dmitri Komenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR