Bakının mərkəzində baş verən dəhşətli qəzalar - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində baş verən dəhşətli qəzalar - VİDEO

İzlədiyiniz bu qəzalar Hökumət Evinin qarşısında, Azadlıq meydanının baş tərəfində qeydə alınıb.

Publika.az avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə görüntülənən qəzaların başvermə səbəbi eynidir. Həmin ərazidə 8 zolaqlı yol var. Bəzi sürücülər dönmə əməliyyatını düzgün yerinə yetirməyərək 3-4-cü zolaqdan sola, yəni, “Hilton” otelinə tərəf dönməyə çalışırlar. Bu da ağır qəzaya səbəb olur.

Əslində isə vurğulamaq yerinə düşər ki, həmin yolda sadəcə birinci və ikinci zolaqda, asfalt üzərində sola dönməni bildirən yol nişanları mövcuddur.

Həmin ərazidə qəzaların baş verməsinin başqa bir səbəbi isə yolların düzgün nişanlanmamasıdır. Belə ki, qəzaların baş verdiyi nöqtədən 100-150 metr əvvəldə yolun üstündə, yəni asma qaydada yol nişanları yerləşdirib istiqamətləri göstərməklə sürücüləri əvvəlcədən xəbərdar etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm