Nida.az
Rəsmi Bakıdan qisas almağa hazırlaşırlar - ŞOK
Vaşinqtonda Azərbaycanla bağlı növbəti dinləmələr keçiriləcək.
Publika.az xəbər verir ki, yanvarın 12-nə
planlaşdırılan dinləmələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu
(NED) tərəfindən “Azərbaycanda müstəqil səslərin susdurulması” adı
altında təşkil olunacaq. Dinləmələrdə Massaçusets Universitetinin
professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini
Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri
Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam
Lanskoyun çıxışları gözlənilir.
Belə bir dinləmələrin planlaşdırılması təəccüblü deyil. Təbii ki,
müzakirələrə “müstəqil səslərin susdurulması” adının verilməsi də
təsadüf ola bilməzdi. Söhbət zaman-zaman rəsmi Bakıya, ümumiyyətlə,
böyük gücləri qıcıqlandıran müstəqil siyasətlərə qarşı istifadə
edilən üsuldan gedir: söz azadlığı, demokratiya... siyahını uzatmaq
olar.
NED-in Azərbaycanla bağlı dinləmələrə hazırlaşması isə bu təşkilatın qisas almaq üçün əlinə yaxşı fürsətin keçməsi deməkdir. Belə ki, hüquq-mühafizə orqanlarının qeyri-qanuni fəaliyyətinə görə “Azadlıq radiosu” barədə istintaq başlamasının ardından Qərb dairələri Azərbaycana qarşı “söz azadlığı” ritorikasını işə saldı. Vaşinqton və Bakı arasında münasibətlərin pisləşməsindən maraqlı olanlar bu prosesdən yararlanmaqda israrlı görünür. Radionun keçmiş prezidenti Jaffi Gedmanın ABŞ mətbuatında dərc olunan məqaləsi isə bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.
İndi yaranmış situasiya Bakının vaxtilə dövlətçilik əleyhinə
fəaliyyət göstərdiyi üçün ölkədən çıxardığı bir sıra Qərb
təşkilatları üçün əla fürsətdir. Belə təşkilatlardan biri də
NED-dir.
Bu təşkilat milli demokratiyalara yardım etmək istiqamətində ixtisaslaşmış qurum olaraq tanınırdı. Müəyyən dönəmlərdə Azərbaycanda da qrant layihələri həyata keçirən fond xüsusilə gənclərlə bağlı məsələlərə həssas yanaşırdı və bu kənardan olduqca humanist görünürdü. Lakin hər ötən il media tərəfindən aşkarlanan faktlar bu təşkilatın bir sıra Qərb QHT-si kimi Azərbaycanda “5-ci kalonun” formalaşmasına kapital yatırdığını göstərdi.
Azərbaycanda Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə
fəaliyyətini quran fond haqda beynəlxalq ekspertlərin də fikri
birmənalı deyil. Misal üçün, bu təşkilatın ABŞ-ın kəşfiyyat
xidmətləri ilə paralel şəkildə ilə işlədiyinə dair fikirlər
var.
Fondun Azərbaycanda qrant ayırdığı şəxslərə və təşkilatlara diqqət
yetirdikdə bir çox nüanslar ortaya çıxır.
Fond 2003-2013-cü illəri əhatə edən 10 il ərzində Azərbaycan
QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Bu
məbləğin 2 milyon 300 min miqdarında böyük hissəsinin 2010-2013-cü
illərdə ayrılması da diqqətdən yayınmır. Ayrılan vəsaitlər əsasən
müxalifətyönümlü KİV-lərə, qurumlara, QHT-lərə şamil olunub. NED
fəaliyyəti dövründə bir dəfə də olsun qaçqın və məcburi köçkünlərlə
bağlı layihələrə kapital yatırmayıb.
Fondun dəstəklədiyi təsisatlara bunlar daxildir: “Açıq Fikir Universiteti”, “Turan” agentliyi, müxalifətçi “Obyektiv TV” internet telekanalı, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Haqları Klubu, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzi və Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu.
Bu maliyyələrin QHT-lər üzərindən siyasi partiyalara ötürülməsinə dair də iddialar mövcuddur.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı
məqaləsinin ölkədə “5-ci kalonun” formalaşması istiqamətində
çalışan təşkilatlara həsr olunmuş hissəsində NED-in də adı keçir,
onun hansı layihələrə nə qədər və hansı məqsədlə qrant ayırdığı
ifşa olunur.
Bu faktların aşkara çıxması və bəzi QHT-lər kimi, NED-in də ifşa
olunması onun rəsmi Bakıya qarşı heç vaxt obyektiv ola
bilməyəcəyini göstərir. Güman ki, Bakını tərk edəndən sonra fond
rəhbərliyi fürsət gözləyirmiş və belə bir fürsəti tapıblar. Bu
baxımdan, 12 yanvarda keçiriləcək dinləmələri dinləmədən də orda
nələrin olacağını ehtimal etmək mümkündür. NED rəsmi Bakıdan
“qisasını” almağa hazırlaşır.
Asif Nərimanlı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi