Nida.az
Rusiyadan müharibə anonsu: II Qarabağ müharibəsinin qalibi Azərbaycan olacaq
“Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Vitali Arkov deyib.
Politoloq Dağlıq Qarabağda yeni müharibənin baş verməsi ehtimalını
yüksək dəyərləndirib: “Biz Qarabağda müharibənin ilkin
elementlərini müşahidə edirik. Qoşunların təmas xəttində hər gün
ciddi toqquşmalar baş verir”.
V. Arkov II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını
düşünür.
“Ermənistan bütün göstəricilərə görə Azərbaycana uduzur. Bakı heç
bir zaman itirilmiş torpaqlarını geri qaytarmağa indiki kimi
həvəsli olmayıb. Çünki bir həmlə ona bu şansı verəcək. Lakin
Azərbaycan təcavüzə məruz qalan ölkədən təcavüzkar ölkəyə çevrilmək
istəmir.
Onsuz da dünyada erməni lobbisi kifayət qədər güclüdür və indiyə qədər məhz onların fəaliyyəti nəticəsində bir çox həqiqət yanlış təbliğ olunub. Digər tərəfdən, Bakıda müharibə baş verərsə, Rusiyanın Ermənistan tərəfindən çıxış etməyəcəyinə dair əminlik yoxdur. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi Ermənistanı müdafiə etməyi tələb edir. İkincisi, heç kim Kremlin Şərqi Ukrayna təcrübəsindən yararlanmayacağına zəmanət verə bilməz. Yəni Moskva öz vətəndaşlarının mümkün müharibədə muzdlu olaraq döyüşməsinə göz yumacaq”, - deyə o bildirib.
V. Arkov tərəflərin toqquşmalardan çəkinəcəyinə və sülh yolunu
tutacaqlarına ümid edir.
Rusiyalı politoloq Şimali Qafqazda yaranmış vəziyyəti də təhlil
edir. Onun fikrincə, bu regionda baş verənlər Moskva üçün ciddi
təhdiddir.
Asif Nərimanlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər