Təhsil televiziyası nə zaman açılacaq?
Bizi izləyin

Qırmızı.az

Təhsil televiziyası nə zaman açılacaq?

“Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə “Təhsil” televiziyası yaradılacaq. “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” Fəaliyyət Planınında nəzərdə tutulmuş vaxtda televiziya fəaliyyətə başlayacaq”.

Bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bu televiziyanın yaradılması ilə bağlı bir sıra ölkələrin təcrübəsi var və biz də həmin təcrübələrdən istifadə edəcəyik:

“Yaponiyada məktəblərin 90%-dən çoxunda bu tip televiziyalar fəaliyyət göstərir. Həmin televiziyada təhsilin bir çox problemləri ilə bağlı verilişlər hazırlanır, şagirdləri maraqlandıran mövzular işıqlandırılır. Bu təcrübəyə əsasən uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi üçün müxtəlif onlayn kanalların yaradılmasını nəzərdə tutulur. Bu məsələ “Azərbaycan 2020 - Gələcəyə baxış" inkişaf strategiyasında da qeyd olunub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm