İdman
Daha bir futbolçu İslamı qəbul etdi - FOTOLAR
Almaniyanın "Nürnberq" klubunun yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib.
Publika.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu 5 vaxt namaz qılır, tez-tez məscidə gedərək ibadət edir, spirtli içkilərdən uzaq durur və halal qidaları seçir. O, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.
Futbolçunun özü isə İslam dinini qəbul etməsi barədə suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub: "Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və İslam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram".
Futbolçu həmçinin qeyd edib ki, İslam barış dinidir: "Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".
Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan "Bu, sənin öz seçimindir" deyib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi