ABŞ-da Rusiya casusu tutuldu
Bizi izləyin

Dünya

ABŞ-da Rusiya casusu tutuldu

Nyu-Yorkda 3 Rusiya vətəndaşından ibarət casus özəyini ifşa edilib.

Publika.az-ın məlumatıan görə, bu barədə ABŞ-ın Federal Təhlükəsizlik Bürosu məlumat yayıb. Məlumata görə, onlardan biri həbs edilib. İkisi isə artıq ABŞ ərazisini tərk edib.

ABŞ-ın baş prokuroru deyib ki, sözügedən şəxslər Rusiya kəşfiyyatı üçün ABŞ-la bağlı iqtisadi məlumatlar, Rusiyaya qarşı sanksiyalar haqqında bilgilər toplayırmışlar.

Həbs edilən Yevgeni Buryakov tezliklə məhkəmə qarşısına çıxarılacaq. Ölkəni tərk etmiş İgor Sporishev və Viktor Podobniy isə "diplomatik toxunulmazlıq hüququna malik imişlər".

Buryakov Rusiyanın "Vnesheconombank"ının Manhettendəki filialında çalışıb. ABŞ-a sıravi vətəndaş kimi gəlib.

ABŞ-dakı rus səfirliyi "casusluq ittihamı"nı hələ ki şərh etməyib. Amma Buryakovun həbsi ilə bağlı məsələni araşdırdığını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm