İdman
Məşhur idmançı şəxsi adasını satışa çıxarıb - FOTOLAR
Saniyədə 148 dollar qazanan dünyanın ən zəngin idmançısı, amerikalı qolf ustası Tayger Vuds İsveçdəki şəxsi adasını satışa çıxarıb.
Publika.az xəbər verir ki, Vudsun Melaren gölü üzərində yerləşən və Stokholmdan bir neçə kilometr uzaqlıqdakı şəxsi adası üçün istədiyi məbləğ 6 milyon avrodur. Vaxtı ilə bu adanı 2,2 milyon avroya alıb.
Adanın ərazisində 14 hektar yaşıl sahə, xüsusi bir liman, qayalıq sahil, əl dəyməmiş meşəlik sahə, bir ov sahəsi, 6 qolf parkı, XI əsrdən qalma Vikinq qalası və helikopter meydançası var.
Qeyd edək ki, məşhur idmançı həmin adaya keçmiş həyat yoldaşı Elin Nordeqrenlə birlikdə gedirdi. Bu ayrılıqdan sonra İsveçdə belə bir adaya sahib olmağın lazımsız olduğunu yaxın ətrafına bildirən Vuds adanın satılmasına hələ o vaxtdan qərar verib.
Xatırladaq ki, Vuds qazandığı nailiyyətlərlə bu günədək dünyanın ən çox uğur əldə etmiş qolfçusu adını alıb. Qələbələri ilə yanaşı, qazandığı məbləğə görə “Forbes” jurnalında “ən varlı idmançı” kimi adı 1-ci sırada çəkilir. Dünya birincisi olaraq, 2008-ci ildə 110 milyon dollar qazanıb.
2013-cü ilin fevralında isə Ağ Evdən mətbuata verilən açıqlamaya görə, prezident Obama Floridada həyat yoldaşı Mişel, qızları Maliya və Saşa ilə birlikdə tətildə olub. Prezident Obama tətil zamanı dünyaşöhrətli qolfçu Tayger Vudsun da aralarında olduğu qrupla qolf oynayıb. Obama və Vudsun ilk dəfə birlikdə qolf oynadığı da qeyd edilib.
Aygün İlqarqızı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR