Digər
Saniyədə 148 dollar qazanan adamın özəl şəkillərini mətbuata qadınlar “satdı” - VİDEO
1996-ci ilin yazında peşəkar karyeraya başlayandan bu günədək barmaq dişlədən karyera qazanıb. Vuds 45-i PGA turniri olmaqla, 65-dən çox yarışın qalibidir. 1997, 2001, 2002 və 2005-ci illərdə “Masters”, 1999 və 2000-ci illərdə “PGA Çempionatı”, 2000 və 2002-ci illərdə ABŞ, 2000 və 2005-ci illərdə Britaniya açıq turnirində kubok qazanıb.
Publika.az “II taym” layihəsində bu dəfə dünyanın ən zəngin idmançısı, Amerikalı qolf ustası Eldrik Vuds haqqında məlumat verəcək.
O, dünyanın ən çox uğur qazanmış qolfçusudur. İlk şöhrətini “1997 Masters” Çempionatında qırdığı rekordla qazanmışdı. O, ustalıq dərəcəsi qazanan ilk qaradərili qolfçu olub.
Vuds ailəsi
Eldrik 1975-ci il dekabrın 30-da Kaliforniyada anadan olub.
Rekordçu qolfçunun əsl adı Eldrik Tont Vudsdur. “Tayqr”
(Tiger-pələng) isə onun ləqəbidir. İdmançının atası ABŞ ordusunda
xidmət etmiş təqaüdçü leytenant Earl Vuds, anası isə Tailand
mənşəli Kultidadır.
Vudsun adı ata-anasının adına uyğun olaraq qoyulub. Belə ki,
adının ilk hərfinin “E” (Eldrik) ilə başlaması atasının adına
(Earl), “k” ilə bitməsi isə anasının adına (Kultida) uyğun olaraq
seçilib.
Vudsun "Tayqr" ləqəbi almasına səbəb isə atasının vyetnamlı əsgər
yoldaşı Vuonq Danq Fonq olub.
Uşaq yaşlarında qazanılan
uğurlar
Altı aylığından atasının qolf ağacı ilə məşqlərini saatlarla izləyən Vuds hələ 2 yaşındaykən "Mayk Duqlas Şou"ya qatılır. Bob Houp ilə birlikdə ilk vuruşunu gerçəkləşdirir.
Üç yaşından isə hər kəsi təəccübləndirən vuruşlar etməyə
başlayan Vuds beş yaşında məşhur "Golf Digest" jurnalında əsas
səhifədə yer alıb. Vuds "Optimist Beynəlxalq Gənclər" turnirini 6
dəfə - 8, 9, 12, 13, 14 və 15 yaşlarında qazanıb.
O, 1992-ci ildə, 16 yaşındaykən ilk dəfə peşəkar yarışda - “Nissan
Los Angeles” açıq turnirində oynayıb, 1993-cü ildə isə 3 dəfə PGA
Çempionatında iştirak edib.
"Dünya üzrə İlin Qolf Adamı"
Tayqr Vuds 1994-cü ildə Amerikanın məşhur universitetlərindən
olan Stanforda qəbul olub. Universitet həyatı boyu 10 məşhur
turnirdə qələbə çalıb. Həmin ildə "Qərb həvəskarı" yarışmasını
qazanan Vuds Amerika komandasını "Dünya Həvəskarlar Çempionatı"nda
təmsil edib.
1995-ci ildə zədələndiyinə görə onun üçün vacib sayılan ABŞ açıq
turnirində iştirakdan imtina edib. 1996-cı ildə də 2 böyük turnirdə
iştirak edən Vuds nə qədər önəmli bir qolfçu olduğunu hər turnirdə
sərgiləyib.
1991, 1992 və1993-cü illərdə "ilin
oyunçusu" mükafatına layiq görülüb. 1992-ci ildə
"İlin Həvəskar Oyunçusu" mükafatını alan
Vuds 1994-cü ildə isə "Dünyada İlin Qolf
Adamı" seçilib.
İlk peşəkar oyunu - 790 min 594 dollar
mükafat
ABŞ həvəskarlar mükafatını ard-arda 3-cü dəfə alan Vuds qısa
müddətdə peşəkarların yarışında da özünü sübut edib. İki turnir
qazanan və ilk “otuzluğa” vəsiqə qazanan Vuds Çempionlar yarışına
qatılmağa layiq görülüb. Ümumilikdə 790 min 594
dollar qazanaraq 25-ci sırada qərarlaşıb.
2 milyon dollardan çox gəlir
1997-ci ildə mövsüm açılışında “Mersedes” Çempionatını qazanan Vuds
ustalıq dərəcəsi ilə birlikdə 4 PGA kubokunu da qazanır. O dövr
üçün rekord göstərici sayılan 2 milyon 66 min 833
dollar qazancla "Arnold Palmer" mükafatına
sahib olub. O illərdə dünya səviyyəsində isə cəmi 25 turnirdə
ümumilikdə 2 milyon 440 min 831 dollar
gəlir əldə edib.
Ən gənc idman ustası
ABŞ Gənclər Çempionatını hələ 1991-ci ildə - 15 yaşındaykən
qazanıb. Bununla da bu uğuru ən gənc yaşda əldə edən qolfçu olub.
Vuds 1994-cü ildə də - 18 yaşında ABŞ Həvəskarları turnirini
qazanaraq yenə bu nailiyyəti ilə tarixdə ən gənc
qolfçu olub.
Qazandıqlarına görə pul rekordu
qırdı
Eldrik 2001-ci ildə qazandığı II “Masters” (ustalıq dərəcəsi)
ilə birlikdə 4 böyük peşəkarlar kubokunu eyni anda qazanan ilk
idmançı olub. PGA Çempionatında hər kəsdən daha çox qələbəsi olan
Vuds pul sarıdan da bütün zamanların “ən çox
qazanan” qolfçusudur. 2000-ci ildə 9-u PGA turniri
olmaqla 11 turnir qazanan "Tayqr" eyni zamanda David Duval ilə
birlikdə Amerika komandasında dünya kubokunu qazanıb. Vuds 1999-cu
ildə 6 milyon dollardan çox (6.616.585 dollar) qazanmaqla qırdığı
pul mükafatı rekordunu da 9 milyon dollardan çox (9.188.321dollar)
gəlir əldə etməklə yeniləyib.
Tayqr ümumilikdə qazandığı pul mükafatını (2005-ci il də daxil
olmaqla) 68.151.294 dollara yüksəldib.
Vuds 3 böyük turniri qazanaraq əfsanəvi qolfçulardan Ben Hoganın
1953-cü ildə əldə etdiyi rekordu yeniləyib. Tayqr eyni zamanda PGA
Çempionatını ard-arda qazanaraq Denni Şutenin 1936-37-ci ildə
qırdığı rekordu da yeniləyib.
138 illik rekordu bir neçə ilə qırdı
Tayqr ABŞ açıq və Masters turnirlərini rekord hesablarla qazanıb. 15 və 12 atış fərqiylə kuboklar qazanan Vuds 138 il ərzində qolfda qazanılmış rekordları da tarixə basdırıb.
Bütün pul mükafatının 52 faizini
alırdı
Vuds 1999-cu ildə möhtəşəm çıxışı ilə qəzetlərin manşetinə düşüb. PGA Çempionatı da daxil olmaqla, bir neçə kubok qazanan Vuds 6 milyon 616 min 585 dollar qazanıb.
Vudsun karyerası adətən belə şərh olunur: “O turnir üçün ayrılan
ümumi pul mükafatının 52 faizini qazanırdı”.
Ən çox qazanan ad
1999, 2000 və 2002-ci illərdə kubokları “muzeyinə” daşımağa
davam edən Vuds 2002-ci ildə isə PGA-da 6 milyon 912 min 625 dollar
və dünya səviyyəsində 8 milyon 417 min 188 dollar qazanaraq 4-cü
dəfə ard-arda ən çox qazanan idmançı olub.
Ən çox mükafat qazanan idmançı
Məşhur idman jurnalı “Sports illustrated” Vudsu 1996 və 2000-ci
illərdə "İlin idman adamı"seçib.
Fransanın "L'Equipe" jurnalı isə 2000-ci ildə Vudsu
"Çempionların Çempionu" mükafatına layiq
görüb. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən olan "Assoşeyted
Press" isə Vudsu 1997, 1999 və 2000-ci illərdə "İlin
kişi idmançısı" olaraq şərəfləndirdi. Tayqr Vuds
və basketbol əfsanəsi Maykl Cordan mükafatı 3 dəfə qazanan ilk
idmançılar olub.
2000-ci ildə dünyanın digər nüfuzlu xəbər agentliyi "Röyters"
tərəfindən də "İlin idman adamı" seçilən
Vuds, 1997-ci ildə Amerikanın öndə gələn idman kanalı ESPN
tərəfindən "İlin kişi idmançısı"
mükafatını almışdı.
“Ən varlı idmançı” “Forbes” jurnalında
Vuds qazandığı nailiyyətlərlə bu günədək dünyanın ən çox uğur
əldə etmiş qolfçusu adını alıb. Qələbələri ilə yanaşı qazandığı
məbləğə görə “Forbes” jurnalında “ən varlı idmançı” kimi adı 1-ci
sırada çəkilir.
Dünya birincisi olaraq 2008-ci ildə 110 milyon dollar qazanıb.
Hazırda uğurlarını davam etdirən idmançı saniyədə148
dollar qazanır.
“CNN Sport”un apardığı araşdırmalar nəticəsində hazırlanan dünyanın
ən varlı idmançılarının siyahısında qolfdan boksa, futboldan
basketboladək bir çox məşhur idmançılar yer alıb. Dünyanın ən
varlı idmançıları siyahısında birinci yerin sahibi qolf üzrə
dəfələrlə beynəlxalq turnirlərin qalibi Tayqr Vuds olub. Onun
qazancı 111.9 milyon dollar göstərilib.
Haqqında kitab yazıldı
Vudsun karyerası və həyatı bir kitabda cəmləşib. Belə ki, yazar Bob Smiley idmançının bütün həyatını qələmə alıb. (“İzlənən gurultu” -“The follow Roar”)
Obama ilə qolf oynadı
2013-cü ilin fevralında Ağ Evdən mətbuata verilən açıqlamaya
görə, prezident Obama Floridada həyat yoldaşı Mişel, qızları Maliya
və Saşa ilə birlikdə tətildə olub. Prezident Obama tətil zamanı
dünyaşöhrətli qolfçu Tayqr Vudsun da aralarında olduğu qrupla qolf
oynayıb. Obama və Vudsun ilk dəfə birlikdə qolf oynadığı da qeyd
edilib.
Qadınlarına sədaqətli olmayan kişi
Hədsiz sədaqətsizliyi ilə də tanınır. Onun müxtəlif qadınlarla
şəkilləri mətbu orqanların manşetini bəzəyib. Xanımlarla açıq-saçıq
şəkilləri isə müxtəlif qadınlar tərəfindən ortaya çıxarılıb.
Bir çox sevgilisi olan qolf ustası yalnız bir dəfə evlənib. O
2004-2010-cu illərdə İsveç model Elin Nordegren ilə evli olub. Bu
evlilikdən Sam Aleksis və Çarlie Aksel adlı iki övladı dünyaya
gəlib. Hazırda Lindsey Vonn ilə sevgilidir. Bu münasibət uzun
müddətdir ki, davam edir.
Aygün İlqarqızı
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi