Dünya
Kənan Evrən vəfat etdi – FOTOLAR
Türkiyənin 7-ci prezidenti, Silahlı Qüvvələrin təqaüddə olan məşhur generalı Kənan Evrənin ölüm xəbəri yayılıb.
Publika.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, K.Evrənin vəziyyəti ilə bağlı rəsmi şəxslər və həkimlər açıqlama verməkdən imtina edir.
Türkiyənin “Milliyyət” qəzetinin əməkdaşı Türker Karapınar isə Kənan Evrənin Ankarada vəfat etdiyini yazıb.
Xatırladaq ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezidenti kimi tarixə düşüb.
O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib, 30 avqust 1964 tarixində general, 30 avqust 1974 tarixində isə Ordu generalı rütbələrinə layiq görülüb, 7 mart 1978-ci ildə isə Baş qərargah rəisi olub.
K.Evrən Türk Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə hakimiyyətə əl qoymasında sonra Milli Təhlükəsizlik Şurası və dövlət başçılığı vəzifələrini daşıyıb.
O, 7 noyabr 1982-ci il tarixində referendum yolu ilə həm konstitusiya qəbul edilib, həm də prezident seçilib.
Vasif Həsənli
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?