İqtisadi gündəm
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı – SƏNƏD/FOTO
ABŞ-ın Yuta ştatının qubernatoru Qeri R. Herbert Xocalı qətliamının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator, Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.
Həmçinin, məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.
Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.
Qeyd edək ki, bu, Yutah Qubernatoru tərəfindən Xocalı qətliamının
tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə,
ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."