Qırmızı.az
Qadın böyük qüvvədir - STATİSTİKA
Bu ilin fevral ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib.
Bu barədə Publika.az-a Dövlət Statistika
Komitəsindən (DSK) məlumat verilib.
Qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta
hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulan 170,5
min körpənin 46,4 faizini qızlar təşkil edib. Hazırda ölkədə 21
doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və
ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar
arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq
76,8 yaşa bərabərdir.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan
qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4
faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta
ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil
müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8 faizi, orta ixtisas
təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil
müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var.
Doktorantların 50 faizini, bütün elmi işçilərin isə 53,2 faizini
qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul
olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə,
fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i,
akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi
27,7 faiz, sahibkarlar arasında isə 19 faizdir. Bədən tərbiyəsi və
idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər
1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7
faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində
qadınların xüsusi çəkisi 15,6 faizə çatıb.
Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə
nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə
çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz
olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil
edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatıb.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər