İdman
BAKI 2015-ə doğru: Hər il ölkəmizi “qızıl”la təmin edən səbəbkarlar - FOTOLAR
50 il ərzində karate məşhurluq qazanaraq bütün sosial qruplar arasında milyonlarla insanı cəlb edib. Avropada təxminən 1,5 milyon insan karate ilə məşğul olur.
Publika.az “Bakı 2015-ə doğru” rubrikasında bu dəfə Karate idman növündən danışacaq.
Silahsız mübarizə
Yaponları bir çox döyüş növlərinin banisi kimi tanıyırıq. Onların yaratdıqları idmanlardan biri də karatedir. Bu idman növünün əsl adı Karate Do-dur. Karate sözü Yaponca - kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol" mənasını verir. Digər adı isə “Ruka Tan”dır.
Yaponların ən çox istifadə etdiyi döyüş əlbəyaxa döyüş növüdür. Qısa şəkildə desək, silahsız mübarizə formasıdır. Karate 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılıb. O, “Şotokan” karatesinin yaradıcısı kimi tanınır və müasir karatenin atası olaraq göstərilir.
Məlumatlara görə, karate Dzen Buddizm və Yapon mədəniyyəti ilə birləşərək yaradılıb. Bu idman növü insanın özünü - fiziki və zehni olaraq tərbiyələndirməsi prinsipi ilə qurulan təhsil sistemidir. Bunun sayəsində insan şiddətdən uzaqlaşır. Karate insanın sülh duyğuları bəsləməsini təmin edən bir intizamdır.
Karatenin hazırki erkən dövrü ilə bağlı ən önəmli sənəd Çin dilində yazılmış və 20-ci əsrin əvvəllərinə qədər ümumi şəkildə istifadə edilən "Bubishi" adlı kitabdır. Bəzi mənbələrdə isə karatenin banisi Çoki Motobu göstərilir. Yaradıcısı barədə müzakirələr olsa da, əmin olunan tək şey əsasən özünü qorumaq məqsədi daşıyan rəqibini dəf etmək üçün yaradılmış yapon döyüş növü olmasıdır.
XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar.
Olimpiya oyunlarına namizəd
Vətəni Yaponiyanın Okinava adası olan bu idman növü olimpiya oyunlarının proqramına daxil edilməyə namizəddir. Belə ki, Ümumdünya Karate Federasiyası (WKF) Beynəlxalq Olimpiya Komitəsinin tanıdığı yeganə karate federasiyasıdır. Dünya Karate Federasiyasının strukturunun vahidləri aşağıdakılardır:
- ЕКF (Avropa Karate Federasiyası) - 53 ölkə
- AKF (Asiya Karate Federasiyası) - 40 ölkə
- OKF (Okeaniya Karate Federasiyası) - 9 ölkə
- AKF (Afrika Karate Federasiyası) - 42 ölkə
- PKF (Panamerika Karate Federasiyası) - 36 ölkə
Biz döyüşə bilirikmi?
Azərbaycanın Milli Karate Federasiyası 1994-cü ildə yaradılıb. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 183 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in (Ümumdünya Karate Federasiyası) tam hüquqlu üzvüdür. Bir il əvvəl EKF-ə (Avropa Karate Federasiyasına) daxil olub.
Son bir neçə ildə federasiyanın rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Eyni zamanda Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev şəxsən böyük köməklik və dəstək göstərir. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim AMKF-nin fəxri üzvü hesab olunur.
Hər dəfə üzümüzü güldürməyi bacaran karateçilərimiz beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edir. Millimiz Avropa və dünyada ən güclü komandalardan hesab edilir. Azərbaycanın idmançıları hər dəfə müxtəlif ölkələrdə kurs keçmək üçün dəvət olunurlar. Hazırda karate üzrə milli komandanın tərkibində əsl karate ulduzları var: 4 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev, dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Abdulkərimov Pərviz, Ceyhun Ağasiyev, Rüstəm Mədətov, İldırımzadə Fəyyaz və Niyazi Əliyev, Avropa çempionatının bürünc mükafatçısı Amal Atayev, Yusif Cəfərov, dünya çempionu Şahin Atamov və Rəşad Hüseynov.
Tarixdə ilk dəfə
2014 Milli Karate Federasiyası üçün ən uğurlu illərdən biri olub. Federasiyanın fəaliyyətində bir sıra yeniliklər və dəyişikliklər aparılmaqla irəliləyişlərə nail olunub. Yeniyetmə, gənclər və böyüklərdən ibarət seçmə komandalarımız 17 beynəlxalq yarışda iştirak ediblər. 2 Avropa və 1 dünya çempionatı, tələbələr arasında dünya çempionatı, yeniyetmə və gənclərin dünya kuboku, o cümlədən 3 Premyer Liqa və 9 nüfuzlu beynəlxalq turnirdə ümumilikdə 196 medal qazanılıb. Digər sözlə desək, Azərbaycan karateçiləri 2014-cü ildə iştirak etdikləri beynəlxalq yarışlarda 67 qızıl, 37 gümüş və 92 bürünc medala sahib olublar.
Federasiyanın yaranmasının 20 illik tarixinə təsadüf edən bu ildə kişilərdən ibarət milli komandamız ilk dəfə kumite yarışlarında Avropa çempionu olub. 5-ci “Baku Open” beynəlxalq karate turniri isə məhz federasiyanın yubileyinə həsr olunmuşdu.
Karateçilər üçün başlıca vəzifə - Bakı 2015
MKF-in qarşısında duran başlıca vəzifələrdən biri Avropa
oyunlarına hazırlıqdır. Karate dünyada sürətlə inkişaf edən
təkbətək döyüş növlərindən və birinci Avropa Oyunlarında
keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir.
Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.
Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589, http://publika.az/p/62190, http://publika.az/p/63152, http://publika.az/p/64759, http://publika.az/p/65619, http://publika.az/p/66508, http://publika.az/p/67494, http://publika.az/p/68488.
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA