Əsəddən ABŞ-a dialoq mesajı
Bizi izləyin

Dünya

Əsəddən ABŞ-a dialoq mesajı

“Prinsip etibarilə, hər dialoq müsbət hadisədir. Biz istənilən dialoqa, həmçinin Birləşmiş Ştatlarla dialoqa hazırıq”.


Publika.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “FoxNews” telekanalına müsahibəsində deyib.

İstefası ilə bağlı səslənən tələblərə gəlincə, Bəşər Əsəd onun dövlət başçısı postunda qalıb-qalmaması məsələsini Suriya vətəndaşlarının həll edəcəyini bildirib: “Mən istefaya gedəcəyəm. Amma yalnız o vaxt ki, mənə ictimai dəstək olmayacaq”.

Suriya prezidenti qeyd edib ki, İŞİD-ə qarşı koalisiyanın əməliyyatı başlanandan sonra terror təşkilatına qoşulanların sayı artıb: “Suriya ərazisində “İslam dövləti”nin bazalarının bombalanmasından sonra terrorçuların sayı yalnız artmaqdadır. Bəzi qiymətləndirmələrə görə, Suriyada terror təşkilatına hər ay minlərlə yeni döyüşçü qatılır”.

Əsəd koalisiyanın bombardmanlarının “lokal effekt”nin olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm