Dünya
Ərdoğan İrana cavab verdi
“Məclis sədri-filan bizimlə söhbət edə bilməz”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
O, İrana səfər proqramının əvvəlki qaydada saxlanıldığını bildirib:
“Biz Yəmənlə bağlı açıqlamamızda onun ərazi bütövlüyünün qorunması, ona həm daxildən, həm də xaricdən edilən müdaxilələrin yanlış olması və hər kəsin Yəməndən geri çəkilməsinin gərəkdiyini söyləmişdik. Bizimlə əlaqədar İrandan iki fərqli səs gəldi. Məclis sədri-filan bizim həmsöhbətimiz deyil. İrana ziyarətimizi bu cür şəxslər müəyyənləşdirəcək deyillər. Qərarı verən bizik. Proqramımızı əvvəlki qaydada saxlayır və Yəməni də izləyirik. Proseslər çox önəmlidir. Hər cür qərara gətirib çıxaracaq addımlar atıla bilər”.
Qeyd edək ki, bu gün Türkiyənin İrandakı müvəqqəti işlər vəkili Ərdoğanın səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsi üçün İranın Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Onu da xatırladaq ki, Ərdoğan bir müddət öncə İranın Yaxın Şərqdə yürütdüyü siyasəti tənqid edərək “İran bölgəni maliyyələşdirir. İran Yəmən, Suriya və İraqdan bütün qüvvələrini geri çəkməlidir”, - kimi fikirlər dilə gətirmişdi.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?