Günay İbrahimli borc içindədir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli borc içindədir - FOTOLAR

Gənc və sevilən müğənni Günay İbrahimli özünə yeni mənzil alıb. Publika.az xəbər verir ki, ifaçı bu haqda ATV telekanalına müsahibəsində bildirib. Müğənni təzə mənzil alsa da, hələ yeni evinə köçə bilməyib.

“İndi valideynlərimlə birgə yaşayıram. Yeni aldığım mənzildə təmir işləri gedir. Evi kreditlə almışam”.

“Dəlisiyəm gecənin” və “Sənə bağlanıram” kliplərində açıq-saçıq geyimlərdən istifadə edən gənc müğənni bir daha belə geyimlərlə klip çəkdirməyəcəyini də əlavə edib.

“Əvvəl çəkdirdiyim kliplərdə açıq-saçıq libaslar geyinmişəm. Bundan sonra belə hallara yol verməyəcəyəm. Dostlarım irad tutur ki, axı sən elə deyilsən. Özünü olmadığın kimi göstərmə”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm