Nida.az
Arif Hacılının İsa Qəmbərdən plagiat etdiyi üzə çıxdı - FOTOLAR
Müsavat Partiyasının başqanı Arif Hacılının 31 Mart- Azərbaycanlıların Soyqırımı günü ilə bağlı xalqa etdiyi müraciət plagiatdır.
Publika.az xəbər verir ki, bu iddia ilə Arif
Hacılının əleyhdarları, ADR tərəfdarları olan müsavatçılar sosial
şəbəkədə çıxış edib.
Sosial şəbəkədə Arif Hacılının yaydığı müraciətin keçmiş başqan İsa
Qəmbərin 2013-cü ildə yaydığı müraciətlə eyni olduğunu əks etdirən
fotolar da yayılıb.
Hər iki müraciətin mətni eynidir, dəyişən sadəcə başqanların
adlarıdır. Arif Hacılının müraciətində yeganə fərq İsa Qəmbərin
müraciətinin sonunda qeyd olunan “Tanrı Azərbaycanımızı qorusun!”
ifadəsinin çıxarılmasıdır.
Məsələ ilə bağlı Publika.az-a danışan Müsavat
Partiyası Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov burda
təəccüblü heç nəyin olmadığını deyib.
“Burda qeyri-adi heç nə yoxdur. Bu, bir protokol qaydasıdır”, -
deyə şöbə müdiri vurğulayıb.
Lakin Arif Hacılının əleyhdarları belə düşünmür. Sosial şəbəkələrdə
açılan müzakirələrdə Müsavat başqanı plagiatçılıqda ittiham olunur.
Hətta buna “Geydirmə” başqanın “geydirmə” müraciəti” deyə şərh
verənlər də olub.
Asif Nərimanlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi