Tabloid.az
Əməkdar artistin səhhəti pisləşdi - ÖZƏL
Əməkdar artist, tanınmış aktrisa, kinomuzda və səhnəmizdə ana rollarının mahir ifaçısı Lətifə Əliyevanın səhhəti pisləşib. Əsəb sarsıntısından əziyyət çəkən aktrisanın ayaqları tutulub.
Bir neçə müddətdir ki, özünə qapanan və qapını hər kəsin üzünə bağladığı deyilən aktrisa bu barədə Publika.az-a danışıb: “Sağ olun ki, məni yad etmisiniz, amma məndən inciməyin, heç kimlə danışmaq istəmirəm. Əsəb sarsıntısı keçirdiyim üçün özümə qapanmışam, hər kəsdən uzaq olmaq istəyirəm. Vaxtında müalicə olunmadığım üçün indi əsəblərimə görə ayaqlarım da tutulub. Yeriyə bilmirəm, məni həkimə maşınla aparıb-gətirirlər. Belimdə də problemlər yaranıb. Sinir problemlərim belimin tutulması ilə nəticələnib”.
Xeyli müddətdir ki, uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrına getmədiyini deyən aktrisa bunun da səbəblərini gizlətmədi: “Uzun müddət mənə rol vermədilər, tamaşalara çağırmadılar. Bu da mənim əsəb xəstəliyinə tutulmağıma gətirib çıxardı. İşsizliyimə görə vaxtlı-vaxtında dərmanlarımı alıb müalicə oluna bilmədim. Axırda da ayaqlarım tutuldu. Heç kimdən kömək də istəmirəm. Heç siz də məni yad etməyin, lazım deyil. Gedin, xalq artistlərindən yazın, mən kiməm ki?”
Qeyd edək ki, “Yalan”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Nakəs”, “Hacı Qara”, “Tənha narın nağılı”, “Təxribat”, “Ovsunçu”, “Sarı gəlin”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram” və digər milli filmlərdə əsas rol alan aktrisa ümumilikdə 40 filmə çəkilib.
Cəvahir
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi