Nida.az
Razi Nurullayev: “Əli Kərimlini niyə tənqid etməməlidirlər?”
AXCP Gənclər Komitəsinin üzvləri Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynov partiyadan uzaqlaşdırılıb. Yayılan məlumatlara görə, buna həmin gənclərin AXCP sədri və yaxın ətrafının siyasətini tənqid etmələri səbəb olub.
Publika.az xəbər verir ki, AXCP sədrinin keçmiş
müavini, tənqidə dözümsüzlüyə görə partiyadan gedən Razi Nurullayev
məsələyə münasibət bildirərkən bu partiyada tənqidin qadağan
olunduğunu deyib: “Gəncliklə savaşanlar məğlub olur. Partiya içində
sənin siyasətini tənqid edənlərlə yox, hakimiyyətlə mübarizə
aparmaq lazımdır. Günümüzün gəncliyi fərqlidir. Onların hamısını
zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın
ətrafının siyasətini tənqid edən Ehtiram Mehdiyev, Cavid Musazadə
və Kamandar Hüseynov partiyadan uzaqlaşdırılıb. Səbəb obyektiv
tənqiddir. Amma onlar AXCP-də tənqidin qadağan olunduğunu
unudublar. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil.
Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına
cavab verməlidir”.
R. Nurullayev qeyd edib ki, Əli Kərimli də məğlub olacaq.
“Çünki o, gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu
seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət
edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı
stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini
qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Axı bu
insanlar bir parça çörək üçün, ailəsini dolandırmaq üçün səy
göstərir və bir çoxları ailəsindən çox partiyaya əmək sərf edir.
Onların tənqid etmək və fərqli fikir söyləmək hüququ ola bilməzmi?
Axı onlar cəsarətlə YAP-ı, dövlət başçısı İlham Əliyevi tənqid
edirlər, Əli Kərimlini və onun ətrafında çirkin oyun qurub gözünə
girənləri niyə tənqid etmək olmaz?”, - deyə o bildirib.
Keçmiş sədr müavini həyatını partiyaya sərf edənlərin, canını bu
yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək
partiya rəhbərliyinə yaraşmadığını deyib: “Məni günahlandırırlar
ki, niyə televiziyalara çıxdın? İstefa etdiyim gün media vasitəsilə
Əli Kərimliyə müraciət etdim ki, heç bir televiziyaya çıxmıram və
mətbuata danışmıram. Amma “Azadlıq” qəzeti və “Azərbaycan saatı”
mənə efir versin. Amma vermədilər. O zaman özümü müdafiə etmək və
qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə imtina
etməliydim? İndi gəncləri partiyadan çıxarırsınız, onları susdurmaq
yolunu tutursunuz. Müxalifət adını ləkələməyin. Buraxın, xalq
başına çarə qılacaq. Çəkilin xalqın önündən. Fərqli fikrə dözümlü
yanaşın”.
Asif Nərimanlı
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."