Mətbəx
"Qarpız dilimi" - salat
Publika.az-ın mətbəx bölməsi “Qarpız dilimi” salatının reseptini təqdim edir:
İnqrediyentlər:
Toyuq filesi - 400 qram
Yumurta - 3-4 ədəd
Bərk pendir - 150-200 qram
Pomidor - 2 ədəd
Xiyar - 2 ədəd
Baş soğan - 1 baş
Zeytun (bəzək üçün)
Mayonez
Hazırlanması:
Əvvəlcə soğanı marinə edin. Bunun üçün yarım stəkan suya 1 çay qaşığı şəkər tozu, 2 çay qaşığı 9 faizli sirkə əlavə edin. Doğranmış soğanı 15-20 dəqiqə həmin qarışıqda saxlayın.
Toyuq ətini duzlu suda qaynadın. Kub formasında doğrayın. Yumurtanı qaynadıb qabığını təmizləyin.
Salat qabına toyuğu aypara formasında yığın. Üzərinə mayonez çəkin. Daha sonra marinə olunmuş soğanı yığın. Mayonez çəkin və yumurtanı səpin. Sürtgəcdən keçirilmiş Holland pendirini də üzərinə səpin. Pendirin bir hissəsinə mayonez çəkməyin, çünki o qarpızın ağ mətini xatırlatmalıdır. Bundan sonra xiyarı sürtgəcdən keçirib duzlayın və pendirin yanında aypara formasında düzün. Salatın sulu olmaması üçün xiyarın öncədən suyunu sıxmaq lazımdır. Bu da qarpızın qabığını əvəz edəcək.
Pomidoru xırda-xırda doğrayıb ayparanı tamamlayın.
Qarpız tumlarını qara zeytundan hazırlaya bilərsiniz.
Nuş olsun!
Banu
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?