Magazin1
Fikrət Qoca: “Ürəyə etibar yoxdur”
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qocadan xəbər var. Həkim nəzarəti altında müalicə alan şair artıq işə gedib-gəlir.
Bu barədə Publika.az-a danışan Fikrət Qoca özünü yaxşı hiss etdiyini desə də, həkimlərin tapşırıqlarına əməl edir: “Səhhətim yaxşıdır, amma ürək elə orqandır ki, ona etibar yoxdur. Gərək diqqətli olasan. Həkimlər mənə çöldə-bayırda gəzməyi məsləhət gördü, elə özüm də çox darıxırdım. Buna görə ara-sıra işə gedirəm. Danışıram, dostlarla görüşürəm ki, eynim açılsın. Amma ehtiyatı əldən vermirəm, çünki orqanizm əvvəlki kimi sağlam deyil. Hər gün dava-dərman olunur. Həkimlər gəlib evdə məni müalicə edirlər. Onlar mənə tapşırıb ki, əsəbiləşməyim, stressə düşməyim, bir də hərəkətlərimi məhdudlaşdırım”.
Şair qələmi də əlindən yerə qoymadığını deyib: “Qələm əlimdən düşməyib. Elə təbim gələndə oturub yazıram. Əvvəllər sevgidən daha çox yazırdım, indi də həyatın gözəlliyindən yazıram. İnsan xəstələnəndə həyat gözünə daha şirin görünür. Heç kim deyə bilməz ki, həyatdan doyub. İndi həyat mənə daha şirin gəlir, nəinki əvvəllər”.
Cəvahir
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq